
Özbəkistanda növbədənkənar prezident seçkilərində hazırkı prezident Şavkat Mirziyoyev 87,05% səslə qalib gəlib.
mobilmedia.az xəbər verir ki, “Adolat” partiyasından namizədliyi irəli sürülən Ali Məhkəmə sədrinin birinci müavini Robaxon Mahmudova 4,43%, Xalq Demokratik Partiyasının lideri Uluqbek İnoyatov 4,02%, Ekologiya Partiyasının sədri Abduşükür Həmzəyev 3,74% səs toplayıb.
Məlumata görə, seçicilərin 87,05%-nin səsini qazanan Şavkat Mirziyoyevin Özbəkistan Respublikasının Prezidenti vəzifəsinə seçilməsi haqqında qərar qəbul edilib.




