Azərbaycan iyunda OPEC kvotasını 73 % istifadə edib

25

Bu ilin iyun ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 610 min barel olub.

mobilmedia.az-ın xəbərinə görə, bunun 500 min barelini xam neft, 110 min barelini isə kondensat təşkil edib.

Bununla da Azərbaycan OPEC kvotasını 73,1 % istifadə edib.

“OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin