
07.07.2023-cü il tarixində Soyqırımı Memorial Kompleksi, Quba rayon Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyinin, “Outsite” şirkətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə qalib olan “Həm öyrənək, həm dincələk!” layihəsinin 100-ə yaxın şagirdi üçün Soyqırımı Memorial Kompleksində 1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımlarına həsr olunmuş bələdçilik təlimi keçirilib.
mobilmedia.az xəbər verir ki, təlimdə kompleksin mətbuat katibi Abutalıb Turabov “Qoruq və muzeylərin təbliğində bələdçinin rolu və şəxsi örnək”, mütəxəsis Aysu Bülbülzadə isə “Bələdçi olmaq üçün nələri bilməliyik?” mövzularında çıxışlar ediblər.
Daha sonra məktəblilər üçün kompleksin ziyarəti təşkil olunmuşdur və onlara 1918-ci il hadisələri ilə bağlı məlumat verilib. Sonda təlim iştirakçılarına sertifikat və bukletlər təqdim edilib.




