Milli Məclisdə dərmanlarla bağlı iclas çağırıldı

26

Milli Məclisin Səhiyyə komitəsinin iclası keçiriləcək.

mobilmedia.az xəbər verir ki, toplantı sabah baş tutacaq.

İclasda “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirə olunacaq.

Məlumata görə, komitə iclasında Səhiyyə Nazirliyinin nümayəndələri də iştirak edəcəklər.

Xatırladaq ki, “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsi parlamentin 23 iyunda keçirilən plenar iclasında birinci oxunuşda müzakirədən sonra qəbul olunub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin