Luis Suares karyerasını başa vurur

29

Luis Suares karyerasını başa vurmaq qərarına gəlib.

mobilmedia.az xəbər verir ki, Braziliyanın “Qremio” klubunda çıxış edən uruqvaylı hücumçu səhhətindəki problemə görə futbolla vidalaşmaq niyyətindədir.

O, bununla bağlı klub rəhbərliyini məlumatlandırıb. 36 yaşlı forvard “Qremio” ilə gələn yay başa çatacaq müqaviləsini qarşılıqlı razılıqla pozacaq.

Uruqvay “Nasional”ının yetirməsi olan Suares Avropada “Qroningen”, “Ayaks”, “Liverpul”, “Barselona” və Madrid “Atletiko”sunda forma geyinib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin