Ağdam klubunun potensial rəqibləri bilindi

27

“Qarabağ” klubunun UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

mobilmedia.az-ın məlumatına görə, Azərbaycan çempionu “Linkoln”u (Cəbəllütariq) mübarizədən kənarlaşdıracağı təqdirdə “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Ağdam təmsilçisinin ilk görüşü səfərdə olacaq.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları 25-26 iyulda, cavab görüşləri isə 1-2 avqustda keçiriləcək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin