
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyası, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, ETN akad. Həsən Əliyev adına Coğtafiya İnstitutu, Bakı Avrasiya Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba və Şamaxı filialları, Quba şəhərinda Soyqırımı Memorial Kompleksi, S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziya, Fizika-riyaziyyat və informatika təmayüllü Respublika liseyi və Şirvan kimya-biologiya təmayüllü liseyinin təşkilatçılığı ilə S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasında “Heydər Əliyev: Azərbaycanda elm və təhsil” mövzusunda III Şagird Respublika Elmi-praktik Konfransı keçirilib.
mobilmedia.az xəbər verir ki, konfransın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Qarabağ döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən natiqlər dahi öndərin həyat və yaradıcılığından danışaraq, Azərbaycanda elm və təhsil mövzusunda təşkil olunan konfransların əhəmiyyətli olduğunu vurğulamışlar.
Konfrans daha sonra öz işini “Azərbaycan dili və ədəbiyyat”, “Tarix”, “Riyaziyyat”, “Fizika və astronomiya”, “Kimya – biologiya”, “Rəqəmsal bacarıqlar, STEAM”, “Coğrafiya” və “Estetik və fiziki tərbiyə” bölmələrində davam etdirib. Yekununda hər bölmə üzrə yüksək nəticə göstərən şagirdlər mükafata layiq görülüb.











