Prezident 2022-ci ilin dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqləyib

32

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Qanunu təsdiqləyib.

mobilmedia.az-ın xəbərinə görə, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası gəlirlər 30 679 646,4 min manat, xərclər 32 064 568,0 min manat məbləğində olmaqla təsdiq edilib.

Sənədə əsasən Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq “Büdcə sistemi haqqında” Qanunun tələbinə uyğun olaraq istifadə edilməlidir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin