Bakıda 48 mindən çox şagirdin yerdəyişməsi olub

41

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

mobilmedia.az xəbər verir ki, 2022-2023-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 48 208 şagird elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə köçürülüb.

Qeyd olunub ki, elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin