
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyənin “Konyaspor” klubundan ayrılıb.
Mİllitribuna.az xəbər verir ki, bu barədə 25 yaşlı hücumçu özünün instaqram səhifəsində paylaşım edib.
“Hər şey üçün təşəkkürlər, “Konyaspor” – Emreli yazıb.
Qeyd edək ki, Mahir Emreli müqavilə ilə məxsus olduğu Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna qayıdacaq.



