
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Ağstafa rayonuna yeni polis rəisi təyin edib.
Militribuna.az xəbərinə görə, nazirin əmri ilə Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vüqar Xəlilov Ağstafa RPŞ-nin rəisi təyin olunub.
V.Xəlilov bundan əvvəl Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi olub. 2018-ci ildə isə Kəpəz RPİ-nin rəisi təyin olunub.
Bundan öncə Ağstafa RPŞ-nin rəisi Elsevər Aslanov olub. O, ötən ayın əvvəlində vəzifəsindən çıxarılıb. E.Aslanov Şəmkir rayonunun keçmiş icra başçısı mərhum Aslan Aslanovun qardaşıdır.(qafqazinfo)



