ABŞ dollarla bağlı vacib qərar verdi

30
FI-MAYERS14 The falling dollar has made buying U.S. greenbacks even more expensive
US Dollars in woman’s hand, over white, isolated with clipping path Uploaded by: mayers, adam

ABŞ-ın Mərkəzi Bankı funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0-0,25 faiz saxlayıb.

“Report” xəbər verir ki, bu barədə maliyyə tənzimçisinin xəbərində deyilir.

Xəbərdə bildirilir: “İctimai səhiyyənin davam edən böhranı ən yaxın perspektivdə iqtisadi fəallığa, məşğulluğa və inflyasiyaya əhəmiyyətli dərəcədə təsir edəcək və orta müddətli perspektivdə iqtisadi perspektivlər üçün əhəmiyyətli risklər yaradır. Bu hadisələri nəzərə alaraq komitə federal fondlar üzrə payın məqsədli diapazonu səviyyəsini 0-0,25% saxlamağa qərar verib”.

Qeyd edək ki, FED 2020-ci ildə ABŞ-da işsizlik üzrə proqnozu 3,5%-dən 9,3%-ə qədər, 2021-ci ildə 3,6%-dən 6,5%-ə qədər artırıb.

Xatırladaq ki, FED apreldə də illik uçot dərəcəsini 0-0,25 faiz saxlayıb. FED habelə uçot dərəcəsini martın 16-da 0-0,25%-ə qədər endirib və koronavirusa görə risklərlə mübarizə çərçivəsində uçot dərəcəsini ciddi şəkildə azaldıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin