Kürdəmirdə 45 yaşlı kişi bıçaqlanıb

31

Kürdəmir rayonunun Qismət Qayıbov küçəsində bıçaqlanma hadisəsi baş verib.

mobilmedia.az-ın xəbərinə görə, 1978-ci il təvəllüdlü Cəbrayılov Ramil Sayad oğlu bıçaq xəsarəti alıb.

Yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisəni törətməkdə rayon sakini, 45 yaşlı Səlimov İlqar Ənvər şübhəli bilinir. O, Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin