San-Marino rəhbərliyi Prezident İlham Əliyevi təbrik edib

28

San-Marino Respublikasının Kapitan-Regentləri Alessandro Skarano və Adele Tonnini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

mobilmedia.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri!

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına San-Marino xalqı adından və şəxsən öz adımızdan səmimi təbriklərimizi çatdırmaq istərdik.

Zati-aliləri, bu əlamətdar bayram münasibətilə Sizin şəxsi uğurlarınız və bütün Azərbaycan xalqının firavan gələcəyi ilə bağlı ən xoş arzularımızı bildirir, yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin