Çexiya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24

Çex Respublikasının Prezidenti Petr Pavel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

mobilmedia.az-ın məlumatına görə, mətndə deyilir:

“Zati-aliləri!

İcazə verin, Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və ölkənizin xalqına ən səmimi təbriklərimi çatdırım.

Ölkələrimiz arasında dostluq münasibətləri mövcuddur və inanıram ki, birgə səylərimiz nəticəsində biz bu əlaqələri hərtərəfli inkişaf etdirə biləcəyik.

Zati-aliləri, Sizə uğurlar, Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzulayıram”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin