Bakıda yol qəzası: 1 ölü

35

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Nobel prospekti, 15 ünvanında yerləşən “Azure” yaşayış kompleksinin qarşısında qeydə alınıb.

Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Tofiq Mütəllimov idarə etdiyi 99 KD 998 dövlət nömrə nişanlı BMW markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək, maşını aşırıb.

Hadisə nəticəsində sürücünün özü və sərnişini – 2004-cü il təvəllüdlü Qəhrəman Tərlan oğlu Mirişli ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. T.Mütəllimov xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin