Şuşada ilk dəfə “Natəvan” operası təqdim olunub

30

Şuşada, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının sonuncu günündə Vasif Adıgözəlovun “Natəvan” operası təqdim olunub.

mobilmedia.az xəbər verir ki, Cıdır düzündə ilk dəfə nümayiş olunan əsər Qarabağ xanının qızı, Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın həyat və yaradıcılığına, o dövrdə Qarabağda baş verən ictimai-siyasi hadisələrə işıq tutur.

Səhnədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artistləri yer alıb, dirijor isə Xalq artisti, opera müəllifinin oğlu Yalçın Adıgözəlov olub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin