ÜST rəhbəri: vəziyyət daha da ağırlaşır

33

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 7 milyon 144 min 72 nəfərə çatıb.

mobilmedia.az bildirir ki, məlumatı “Worldometers” yayıb.

Qeyd olunub ki, pandemiya qurbanlarının sayı 407 min 353 nəfərdir.

İndiyədək 3 milyon 484 min 789 nəfər xəstəlikdən sağalıb.

Bu arada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus Cenevrədəki brifinq zamanı bildirib ki, koronavirusla bağlı vəziyyət dünya miqyasında getdikcə pisləşir.

“Avropada vəziyyət yaxşılığa doğru getsə də, bütövlükdə dünyada pisləşir”, – təşkilat rəhbəri qeyd edib.(virtualaz.org)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin