Populyar video konfrans əlavəsi Zoom-un gəliri açıqlandı

32

Zoom Video Communications epidemiyada, həm istifadəçi sayını artırdı, həm də şirkətin gəlirləri 169% artaraq 328,2 milyon dollara çatdı.

Fins.az xəbər verir ki, şirkət tərəfindən paylaşılan informasiyaya görə, Zoom 265 400 nəfər müştəri ilə, ötən ilin eyni rübü ilə müqayisədə 354% artım əldə edib.

Ötən 12 aylıq dövrdə isə sadəcə 769 müştəridən əldə edilən gəlir 100 000 dolları keçərək, 90% artım nümayiş etdirmişdi.

Bir başqa informasiya isə platformadan istifadə vaxtı ilə bağlıdır. Zoom-un Aprel 2020 istifadə nisbətləri əsas götürüldükdə ümumilikdə keçirilən iclasların müddəti 2 trilyon dəqiqəni keçib, 2020-ci ildə gündəlik 300 milyon iclas iştirakçısı əldə edilib.

Zoom-un təsisçisi və CEO-su Erik Yuan birinci rüb gəlirləri ilə bağlı deyib ki, “Zoom platformasının bu ilin birinci rübündə dünyanın dörd bir yanındakı sürətli istifadə müddətləri bizi çox xoşbəxt etdi”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin