Bu avtobusda nağd ödəniş ləğv edildi

39

50 nömrəli müntəzəm marşrut üzrə (“Neftçilər” metrostansiyası – Yeni Günəşli qəsəbəsini əlaqələndirən) avtobuslarda gedişhaqqının nağd qaydada ödənilməsi dayandırılıb.

mobilmedia.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, 8 maydan etibarən bu avtobuslarda gedişhaqqı “BakıKart” vasitəsilə ödənilir.

Qeyd edilib ki, iş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin