“Həyat yoldaşı ona evində çalışan qadınla xəyanət etmişdi”

27

Xəbər verdiyimiz kimi, ötən gün plastik cərrah Türkan Gündüz həyat yoldaşı, Türkiyə vətəndaşı, 1967-ci il təvəllüdlü Muhammet Gündüz tərəfindən qətlə yetirilib. 

mobilmedia.az axsam.az-a istinadən bildirir ki, şair Nazilə Səfərli Türkan Gündüzlə tanışlığı olduğunu bildirib və onun həyat yoldaşı haqda iddialar irəli sürüb: 

“Türkanın bir tədbirini etmişəm. Mənimlə danışığa gələndə əri, yanında qızları da gəlmişdi. Həyat yoldaşı onu addım-addım izləyirdi. Türkan ailə quranda təhsili yox idi, anası onu imkanlı olduğu üçün Muhammet Gündüzə erkən yaşda ərə verib. Sonradan onun oxuyub, işləməsini əri həzm edə bilmirdi. Səbəbsiz yerə qadını qısqanırdı. Boşanmalarının səbəbi isə kişinin ona Türkiyədəki evində çalışan qadınla aldatması olub. Türkan da xəyanəti bilib və boşanıb. Sonra anası zorla onları barışdırıb. İndi onu zorla ərə verən və zorla barışdıran anası qara daşı qucaqlayacaq”.

Qeyd edək ki, Türkan Gündüz Abşeron rayonu, Novxanı kəndində yerləşən bağ evində qətlə yetirilib. Qətli törədən Muhammet Gündüzün isə biznes fəaliyyəti ilə məşğul olduğu, onların 14 il əvvəl ailə həyatı qurduğu bildirilir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin