Bakıda küçədə bıçaqlanan kişi komaya düşdü

26

Bakıda orta yaşlı kişi bıçaqlanıb.

mobilmedia.az bildirir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

Qəbələ rayon sakini, 1986-cı il təvəllüdlü Tərlan Abdulhüseynov küçədə tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı kəsilmiş-deşilmiş xəsarətlərlə “AzərSuTikinti” xəstəxanasına gəlib.

Xəstəxanada yaralı xəsarətlərin ağırlığından komatoz vəziyyətə düşüb.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.(trend)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin