“En son babalar duyar”ın Şükranı öldü

33

Məşhur türkiyəli aktrisa Ayşegül Atik vəfat edib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Bodrumda yaşayan sənətçi ötən gün infarkt keçirib.

Həmkarı Ali Atiklə ailə olan və iki övlad dünyaya gətirən aktrisanın ölüm xəbərini yaxın dostu sosial şəbəkədə yazıb. O bildirib ki, Ayşegül uzun müddətdir xəstə idi və müalicə alırdı.

Qeyd edək ki, Ayşegül tamaşaçılara “Şen yuva”, “En son babalar duyar” kimi seriallardan tanışdır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin