İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib – SİYAHI 

27

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlər seçilib.

mobilmedia.az-ın məlumatına görə, məsələyə parlamentin bugünkü plenar iclasında baxılıb.

Səsvermə nəticəsində Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının katibi, Aparat rəhbəri Həsən Cəfərov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru Teymur Kərimli və Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət İTV-nin Yayım Şurasına yeni üzv seçiliblər.

Spiker Sahibə Qafarova yeni üzvlərə fəaliyyətlərində uğurlar arzulayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin