Azərbaycan parlaq oyun nümayiş etdirir – Arestoviç 

76

Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç özünün “Facebook” səhifəsində Azərbaycanın Laçın yolunun başlanğıcında, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi qurumasını şərh edib.

mobilmedia.az xəbər verir ki, o, bunun hələ başlanğıc olduğunu bildirib.

“İki il yarım əvvəl atəşkəsdən sonra azərbaycanlıların çoxu “… yetərincə almadılar” deyəndə mən bildirdim: Bu, hələ başlanğıcdır. Hər şey sizin olacaq. Qarşınızda duran vəzifələri həll etmək üçün beş il lazım olacaq və bu beş il artıq planlaşdırılıb”, – Arestoviç deyib.

O vurğulayıb ki, Azərbaycan rəhbərliyi bir daha  uzunmüddətli parlaq oyun nümayiş etdirir: “Buna ancaq qibtə etmək olar”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin