
“Məqsədimiz kənd təsərrüfatının iqtisadiyyata qatqısını artırmaqdır və bunun üçün rəqəmsal texnologiyalardan istifadə ediləcək”.
mobilmedia.az report.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.
“Fermerlərin və ümumilikdə regionların inkişafına nail olmaq üçün komandamızla əlimizdən gəldiyi qədəri ilə bu yolda çalışacağıq”, – deyə o qeyd edib.
“Bir neçə gün bundan əvvəl elmi tədqiqat institutlarında oldum. Əsas tapşırığım o oldu ki, su qıtlığına davamlı bitkilərin yetişdirilməsi istiqamətində araşdırmalar genişləndirilsin. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə birlikdə su qıtlığı ilə bağlı komitə yaradılıb. O çərçivədə fəaliyyətimizi davam etdirəcəyik”- deyə nazir əlavə edib.



