
Bir müddət öncə internet üzərindən yayımlanan “Canlı Polemika” verilişində yenidən vauçerlərlə bağlı problemə toxunulub.
mobilmedia.az xəbər verir ki, verilişin qonağı olan iqtisadçı Pünhan Musayev vətəndaşların hüquqlarını müdafiə edərk vauçerlərin yenidən tədavülə buraxılmasının arzuolunan olduğunu qeyd edib.
Verilişdə gedən müzakirədə qeyd olunub ki, Əmlak Komitəsinin özəlləşdirmə çeklərini adi kağız elan etməsi xalqa və Cənab Prezidentə qarşı cinayətdir. Bu cinayət əməli Əmlak Komitəsinin məmurlarına sərf etdiyi üçün bu gün də xalqı aldadaraq özəlləşdirmə çeklərini qara bazarda yığmağa davam edirlər. Ulu Öndər Heydər Əliyevin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün Qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir. Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq 35%-nin pulla satışını həyata keçirə bilər.
Onu da qeyd edək ki, Özəlləşdirmə payı və özəlləşdirmə çeklərinə aid müqayisəli hüquqi təhlil ilə ətraflı tanış ola bilərsiniz:
https://ayna.az/ozellesdirme-ceklerinizi-suya-atmayin
https://ayna.az/diqqet-ozellesdirme-cekleri-qanunla-quvvededir
https://ayna.az/dovriyyede-qalan-ozellesdirme-ceklerinin-qanuni-ve-faktiki-qiymeti
https://ayna.az/dovlet-ozellesdirme-ceklerinin-qiymeti-ve-manipulyasiyalar
Yüz minlərlə ailənin mənafeyini ifadə edən “Özəlləşdirmə Çekləri Qrupu” imzası ilə Prezident İlham Əliyevə müraciət ilə isə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133
Verilişin tam versiyasını təqdim edirik:



