İranda hicabla bağlı sərt addımlar 

40
A woman, sans-head covering, at the Tajrish Bazaar in Tehran, Jan. 28, 2023. Defiant resistance to Iran's mandatory hijab law has spread across the country after nationwide protests that erupted last year. (Arash Khamooshi/The New York Times)

İran polisi son sutkada hicab taxmaq qaydalarına əməl etmədiyi üçün 150-dən çox obyektin fəaliyyətini dayandırıb.

mobilmedia.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi İran polisinə istinadən məlumat yayıb.

Bildirilir ki, polis 137 mağazanı, o cümlədən 18 restoranı bağlamalı olub.

Hüquq-mühafizə orqanları hicab qaydaları ilə bağlı avtomobil sürücülərinə də xəbərdarlıq edib. Sürücülərə bildirilib ki, əgər sərnişin geyim qaydalarını pozarsa, onlarla mesajla xəbərdarlıq göndəriləcək, qayda pozuntusunun təkrarlanması halında avtomobili əlindən alınacaq.

İranın polis rəisi Əhməd-Reza Radan keçən həftə açıqlayıb ki, ölkədə hicab taxmayanlar müşahidə kameraları və üz tanıma texnologiyası kimi “ağıllı” avadanlıqlardan istifadə edilməklə müəyyən ediləcək.