Azərbaycanda “təkərli ev”lər istehsal ediləcək

31

Azərbaycanda karavanlar (“Təkərli ev”lər) istehsal ediləcək.

mobilmedia.az xəbər verir ki, turizm şirkətinin rəhbəri Nəzər Quliyevin sözlərinə görə, karavan turizminin inkişafı üçün xüsusi yerlərin yaradılması vacibdir.

“Avropa və Rusiyada bu istirahət növü çoxdan inkişaf edib. Azərbaycanda karavanların bir günlük icarə qiyməti 150-250 manat arasıdır”.

Almaniya və Polşada karavan istehsal edən şirkətin direktoru Rəşad Quliyevin sözlərinə görə, bir neçə aydan sonra Azərbaycanda da karavanların istehsalına başlayacaqlar.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin