İsveçrə Ukraynaya 1,7 milyard dollar verəcək

32

İsveçrə hökuməti Kiyevə uzunmüddətli maliyyə dəstəyi verəcəyini açıqlayıb.

mobilmedia.az xəbər verir ki, bu barədə Vaşinqtonda Dünya Bankı və BVF-nin illik birgə yaz toplantısında çıxış edən İsveçrənin xarici işlər naziri İqnazio Kassis məlumat verib.

O qeyd edib ki, artıq vəd edilmiş 300 milyon İsveçrə frankına əlavə olaraq, Bern 2028-ci ilə qədər Ukraynaya daha 1,5 milyard frank (1,7 milyard dollar) ayırmaq niyyətindədir.

2023-2024-cü illərdə Ukraynaya 300 milyon frank (338 milyon dollardan çox) veriləcək. Ümumilikdə, altı il ərzində İsveçrə Ukraynaya ən azı 1,8 milyard frank (2 milyard dollardan çox) köçürməyi planlaşdırır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin