Goranboyda fermadan silah-sursat aşkarlanıb

36

Goranboyda fermadan silah-sursat aşkarlanıb.

mobilmedia.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Belə ki, Xocalı Rayon Polis Şöbəsinin daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xocalı rayon sakini, Mətləb Məmmədova məxsus, Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən fermaya baxış keçirilib və oradan 4 ədəd “F1”, 1 ədəd “RQ42″, 1 ədəd ” RQ5″ əl qumbaraları, 3 ədəd qumbara alışdırıcısı, 74 ədəd 5.45 mm-lik, 3 ədəd 7.62 mm-lik avtomat patronu, 9 ədəd 7.62 mm-lik pulemyot patronu və 1 ədəd avtomat darağı aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı Xocalı Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin