Azərbaycan nefti cüzi ucuzlaşıb

33

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,47ABŞ dolları, yaxud 0,53 % azalaraq 88,44ABŞ dolları təşkil edib.

mobilmedia.az-ın məlumatına görə, “Brent” markalı neftin iyun fyuçersləri isə 85,69 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin