Cəbrayılda “IVECO” maşınları istehsal ediləcək

27

“Araz Vadisi İqtisadi Zonası”nda İtalyanın “IVECO” markalı avtomobilləri istehsal ediləcək.

mobilmedia.az xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə heyətinin sədri Elşad Nuriyev jurnalistlərə açıqlamasında deyib.

“”IVECO” markalı italyan avtomobillərinin servis mərkəzinin yaradılması üzrə layihə işləri tamamlanıb və ən qısa zamanda mərkəzin inşasına başlanılacaq”, – o deyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2021-ci il Fərmanı ilə Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin