
ABŞ-də koronavirusun yayılması ilə bağlı tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv edilib.
mobilmedia.az xəbər verir ki, ölkə Prezidenti Co Bayden bununla bağlı qərar imzalayıb.
Xatırladaq ki, ABŞ-də səhiyyə sahəsində fövqəladə vəziyyət rejimi 2020-ci ilin martında keçmiş Prezident Donald Tramp tərəfindən tətbiq edilib.



