
Belarus Azərbaycan və Səudiyyə Ərəbistanı ilə neft tədarüküylə bağlı uzunmüddətli müqavilənin imzalaması üçün danışıqlar aparır.
mobilmedia.az bildirir ki, bunu “Belneftxim” Tədarük Konserninin Xarici iqtisadi əlaqələr Baş İdarəsinin rəisi Ruslan Labut deyib.
“Biz alternativ neft tədarükünü dayandırmaq niyyətində deyilik. Bunun üçün kompleks tədbirlər hazırlanıb. Həmin plana uyğun da işləyirik. Artıq cari il müntəzəm alternativ neft tədarükünə başlanılır. Planlarımıza uzunmüddətli müqavilələrin imzalanması daxildir. Azərbaycan və Səudiyyə Ərəbistanından olan tərəfdaşlarımızala uzunmüddətli əməkdaşlığın şərtləri ilə bağlı dialoq aparılır”, – deyə Labut vurğulayıb.(virtualaz.org)



