Çek sahiblərinin NƏZƏRİNƏ: Özəlləşdirmə çeklərinizi qoruyun

27

Məlumat üçün qeyd edək ki, özəlləşdirmə çekləri 1996-cı ildə tarixi sosial ədaləti təmin etmək üçün mərhum Prezident Heydər Əliyev tərəfindən 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq QANUNLA verilib. Heydər Əliyevin imzaladığı 450 nömrəli fərman isə miras əmlak payının qanunla təsdiqlənmiş dövlət öhdəliyi olaraq özəlləşdirmə çekləri vasitəsilə vətəndaşlara verilməsini təmin edir. Məlumata görə, bu gün Azərbaycanda 1 milyon 600 mindən çox özəlləşdirmə çeki ayrı-ayrı vətəndaşlarda saxlanılır. Vətəndaşlar bu çeklərin nə vaxtsa yenidən işə yaracağına ümid edirlər. Ümid etməkdə də haqlıdırlar, çünki dövlət payı olan qiymətli kağızların üzərində bitmə müddəti göstərilməyib. “Özəlləşdirmə Çekləri haqqında Əsasnamə”nin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub. Fərman NƏ hüquq verə, NƏ DƏ qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən fərmanla özəlləşdirmə çeklərini dövriyyədən çıxarmaqla aparılan özəlləşdirmə xalqa qarşı CİNAYƏTDİR!

Konstitusiya hüququ və mülki hüquq üzrə Konstitusiya Məhkəməsinin ekspertləri, BDU-nun Hüquq fakültəsinin çoxsaylı hüquqşünas alimlərinin özəlləşdirmə çekləri barədə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi üzə çıxardığı və Dövlət Ali Attestasiya Komissiyasının nəzarətində olan “QANUN” jurnalında çap etdirdikləri 4 məqalədə təsdiq olunmuş və ətraflı yazılmış HÜQUQİ SƏHVLƏRLƏ aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

Dövlət özəlləşdirmə çeklərinin tədavüldən çıxarılması prosesinin – Hüquqi təhlili

Yüz minlərlə ailənin mənafeyini ifadə edən “Özəlləşdirmə Çekləri Qrupu” imzası ilə Prezident İlham Əliyevə müraciət ilə isə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

Özəlləşdirmə çekləri ilə bağlı geniş məlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133/?paipv=0&eav=AfbUPMy6XCZ9PimBJesGTeMicQkYPpFg-kcHnqvZKOcGkdUcAlQrq5UA6dWnqhHvba0&_rdr

Mövzu ilə bağlı Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov mobilmedia.az-a açıqlamasında bildirib ki, dövlət səviyyəsində bu məsələnin öz həllini tapması arzuolunandır:

“Vaxtilə əlindəki çekləri dəyər-dəyməzinə satanlar da olub, illərdir gözləyənlər də var. Onlar əllərindəki çeklərin bir gün dəyər qazanacağına və bunlardan faydalana biləcəklərinə ümid edirlər. Lakin bununla bağlı hələlik hansısa addım atılmır. Məsləhətim budur ki, heç kim özəlləşdirmə çeklərini satmasın. Çünki bu çeklərin dəyəri yüksəkdir və qanunla qüvvədədir. Özəlləşdirmə çeklərinin qiyməti iki yolla hesablanır. Bu qaydaların hər birində çekin qiyməti minimum 20 000 dollar əmlak ekvivalenti dəyərindədir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir. Ümid edirəm ki, çeklər tezliklə bərpa olunacaq. Çünki hüquq və qanun bunu tələb edir. Əgər ölkə başçısı bu barədə tam məlumatlı olarsa, problem ən qısa zamanda öz həllini tapacaq. Dövlət özəlləşdirmə çekləri vətəndaşların özəlləşdirmə payları üzərindəki mülkiyyət hüququnu təsdiqlədiyi üçün onların tədavüldən çıxarılması ancaq və ancaq dəyərinin ödənilməsi yolu ilə mümkündür”.

Ədalət prinsipinin bərpasının vacib olduğunu qeyd edən iqtisad üzrə elmlər doktoru, professor Elşad Məmmədova görə, özəlləşdirmə çeklərinin iqtisadiyyatda dövriyyəsinə imkan yaradılmalıdır:

“Özəlləşdirmə çekləri dövlət tərəfindən tanınan qiymətli kağızlardır. Biz bu çeklərdən müvafiq proqrama uyğun istifadə etməliyik. Ölkədə pul kütləsinin və investisiya axınlarının artmasına ciddi ehtiyacın olduğunu nəzərə alsaq, özəlləşdirmə çeklərinin iqtisadi dövriyyəyə aktiv şəkildə qoşulması təmin edilməlidir. Hesab edirəm ki, çeklərin dövriyyədə olması iqtisadi aktivliyə effektiv təsir edə bilər. Bütün hallarda əllərində çeki qalan insanların probleminə aydınlıq gətirilməsi üçün məsələyə məntiqli yekun vurulmalıdır. Parlament və icra strukturları bu problemin həlli istiqamətində diqqətli olmalıdır. Çünki çeklərin tədavülü pul kütləsinin artmasına və dövriyyənin sürətlənməsinə müsbət təsir edəcək. Vətəndaşlara tövsiyəm budur ki, əllərindəki çekləri qorusunlar və sosial şəbəkələrdə yayılan hansısa xəbərlərə inanaraq çeklərini heç kimə verməsinlər.Ümid edirəm ki, problem öz həllini tapacaq”.

Qeyd edək ki, yüz minlərlə ÖZƏLLƏŞDİRMƏ ÇEKLƏRİNİ ümidlə saxlayan ailələr adından AR Prezidenti Cənab İlham Əliyevə və Deputatlara müraciət olunub. Həmin müraciəti təqdim edirik:

Deputatlar, biz prezidentə niyə inanırıq?

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin