AZAL-ın aldığı yeni təyyarələr 2028-ci ildən istismara veriləcək

39

“Azərbaycan Hava Yolları” QSC (AZAL) “A320neo” və “A321neo” laynerləri daxil olmaqla “A320neo” ailəsinə aid 12 “Airbus” təyyarəsi 2028-ci ildən etibarən istismara veriləcək.

mobilmedia.az xəbər verir ki, bunu AZAL-ın birinci vitse-prezidenti Samir Rzayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 2028-ci ildən etibarən hər il 4 ədəd təyyarə bizim istismara veriləcək.

S.Rzayev vurğulayıb ki, bu gün AZAL-ın tarixində mühüm hadisədir:

“Hazırda aldığımız təyyarələr həm yanacaq qənaəti, həm də effektivliyi baxımından çox böyük göstəricilərə malikdir. Bu, gələcəkdə AZAL-ın bir şirkət kimi effektliyinin təmin edilməsinə xidmət edəcək. Həmçinin biz biletlərin qiymətinin cəlbediciliyini, əlçatanlığını əhali üçün təmin edəcəyik. Bu bizim üçün ən vacib addımlardan biridir”. (report)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin