Ərdoğan həftəsonu küçəyə çıxmaq qadağasını ləğv etdi

28

Türkiyədə həftəsonu küçəyə çıxmaq qadağası ləğv edilib.

mobilmedia.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitter hesabında paylaşıb.

“Türkiyə Prezidenti olaraq 15 şəhərdə həftəsonu küçəyə çıxmaqla bağlı qoyulan məhdudiyyəti ləğv etdim. Vətəndaşlarımızdan bu müddət ərzində maska taxmağı, məsafə saxlamağı və təmizlik qaydalarına əməl etmələrini xahiş edirəm”, – Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyədə yeni tip koronavirusa yoluxma sayının artmasına görə 15 şəhərdə həftəsonu küçəyə çıxmaq qadağası tətbiq olunurdu.(axar.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin