Samuxda istixanada nöqsanlar aşkarlanıb

29

Samuxda fəaliyyət göstərən istixanada bir sıra nöqsanlar aşkar edilib.

mobilmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Agentlik əməkdaşları tərəfindən Samux rayonu, Əhmədbəyli kəndində yerləşən Mirzəyev Səyavuş Suliddin oğluna məxsus istixanada aparılmış planlı yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilib. Belə ki, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı, həmçinin saxlanma anbarında istifadə müddəti bitmiş 3 adda pestisid və aqrokimyəvi maddə müəyyən edilib. Aşkar olunmuş nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin