Küləkli hava şəraiti sabah da davam edəcək

27

“Azərbaycan ərazisində hazırda müşahidə olunan küləkli hava şəraiti martın 15-i gecə saatlarında mülayimləşəcək”.

mobilmedia.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O bildirib ki, martın 15-i gün ərzində paytaxt Bakı və bölgələrdə hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək: “Mülayim cənub küləyi əsəcək”.

G.Məmmədova qeyd edib ki, ilkin məlumata görə yaxın iki gün ərzində hava şəraitində ciddi dəyişiklik gözlənilmir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin