Şəmkirdə yol qəzası: 3 yaralı

32

Şəmkir rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

mobilmedia.az-ın məlumatına görə, hadisə Təzəkənd kəndində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 1976-cı il təvəllüdlü Şəlalə Hüseynova, 1977-ci il təvəllüdlü Rühiyə Hüseynova və 1970-ci il təvəllüdlü Xoşgül Hüseynova xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin