
“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu fevral ayı üzrə Yüksək Performans Mükafatı alıb.
mobilmedia.az xəbər verir ki, 38 yaşlı portuqaliyalı Səudiyyə Ərəbistanı çempionatında ayın ən yaxşı oyunçusu seçilib.
O, Ər-Riyad klubunun heyətində dörd oyunda səkkiz qol vurub və iki məhsuldar ötürmə edib.
Xatırladaq ki, Kriştianu qış transfer pəncərəsində “Mançester Yunayted”lə yollarını ayırıb.




