
Kubanın vitse-prezidenti Salvador Antonio Valdes Mesa Azərbaycanda səfərdədir.
mobilmedia.az xəbər verir ki, bu barədə Kubanın ölkəmizdəki səfirliyi tərəfindən bildirilib.
Qeyd olunub ki, vitse-prezidentin səfər çərçivəsində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında iclasda iştirakı planlaşdırılır.




