Ağstafada avtomobil qəzası: 2 ölü

29

Ağstafa rayonunda minik avtomobili yük maşınınla toqquşub, 2 nəfər ölüb.

mobilmedia.az-ın məlumatına görə, Bakı-Qazax magistral yolunun Ağstafa rayon Dağ Kəsəmən kəndindən keçən hissəsində “VAZ-21099” markalı avtomobilin yük maşını ilə toqquşması nəticəsində Dağ Kəsəmən kənd sakinləri – 1987-ci il təvəllüdlü Orxan Rzayev və onun həmyaşıdı Məhəmməd Xəlilov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin