Əfsanəvi Ronaldinyo futbola qayıdır

31

Braziliyalı əfsanəvi keçmiş futbolçu Ronaldinyo Qauço İspaniya Media Liqasında çıxış edəcək.

mobilmedia.az xəbər verir ki, 42 yaşlı braziliyalı “Porsinos”un heyətində “Pio”ya qarşı oynayacaq. Görüş fevralın 26-da baş tutacaq.

“Kings League” adlandırılan yarışda şou-biznes ulduzları və keçmişin futbol əfsanələrindən ibarət komandalar çıxış edir. Matçlar Barselonada 7×7 formatında keçirilir. Hər oyun 40 dəqiqə davam edir.

Avropada PSJ, “Barselona”, “Milan” kimi komandaların formasını geyinmiş Ronaldinyo 2015-ci ildə karyerasını başa vurub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin