Laçın dəhlizində sərhəd-keçid məntəqələri yaradıla bilər – Erməni ekspert

33

“Laçın dəhlizində sərhəd-keçid və gömrük məntəqələrinin quraşdırılması ilə bağlı yeni razılaşma imzalanması mümkündür”.

mobilmedia.az xəbər verir ki, bunu Ermənistandan olan ekspert, siyasi elmlər doktoru Artur Xaçikyan jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin Qərbə meyl etməsi ilə belə bir uzlaşma reallığa çevrilə bilər. Xaçikyan Qərbə yönəldiyinə görə Paşinyan hakimiyyətinin siyasi kursunu tənqid edib.

“Rusiya variantından uzaqlaşaraq, Qərb variantına yaxınlaşan hakimiyyət üçtərəfli razılaşmadan müəyyən qədər kənara çıxır və onun gücü zəifləyir”, – ekspert əlavə edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin