Goranboyda avtomobil aşıb: yaralılar var

30

Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

mobilmedia.az-ın məlumatına görə, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.

İdarəetmədən çıxan “VAZ” markalı avtomobilin aşması nəticəsində Goranboy rayon sakinləri, 1973-cü il təvəllüdlü F. Abbasov və 1974-cü il təvəllüdlü F.Cəfərov müxtəlif bədən xəsarətləri alıb.

Zərərçəkən şəxslər xəstəxanaya aparılıblar.

Fakt araşdırılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin