İcazəsiz tikilən obyekt söküldü – Video

27

Masallı şəhərinin Digah yaşayış massivində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edilib.

mobilmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin