
Türkiyənin tanınmış müğənnisi Edisin Bakıda keçiriləcək konserti təxirə salınıb.
mobilmedia.az xəbər verir ki, bu barədə “iTicket” platforması məlumat yayıb.
Bildirilib ki, ifaçının 18 martda “Baku Crystall Hall”da keçirilməsi planlaşdırılan konsertinin vaxtı dəyişdirilib. Konsert Türkiyədə baş verən fəlakətlə bağlı olaraq 6 may tarixinə keçirilib. Alınan biletlər növbəti tarixə də keçərlidir.
Qeyd edək ki, konsert biletlərinin qiyməti 45-120 manat arasında dəyişir. Şou zamanı KÖFN qrupu da səhnə alacaq.




