
ABŞ-nin Londondakı səfirliyi şübhəli əşya ilə bağlı həyəcan siqnalından sonra yenidən işini bərpa edib.
mobilmedia.az xəbər verir ki, bu barədə diplomatik missiyanın “Twitter” səhifəsində yayılan məlumatında deyilir:
“ABŞ səfirliyi normal fəaliyyətinə qayıdıb. Yerli hakimiyyət orqanları səfirliyin qarşısındakı şübhəli obyektə baxış keçirib və onu təhlükəsiz hesab ediblər”.




